Image

PaşaBank IPO-da əsas hədəfi yerli investorlar olacaq

PaşaBank IPO prosesi çərçivəsində əsas hədəf investor kateqoriyası kimi Azərbaycan vətəndaşlarını – fiziki şəxsləri və fərdi investorları olunacaq. Bunu PAŞA Bankın İdarə heyətinin  sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib.

"Səhmin alışı prosesinin yerli əhali üçün daha rahat, əlçatan və komfortlu olması prioritet məsələdir. Fərdi investorların IPO-da iştirakını asanlaşdırmaq məqsədilə maliyyə tətbiqləri və rəqəmsal platformalar üzərindən səhm alışına imkan yaradılacaq. Bu proses bir neçə iri bankın mobil tətbiqləri, həmçinin ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin platformaları vasitəsilə həyata keçiriləcək.  IPO-da iştirak üçün heç bir məhdudiyyət nəzərdə tutulmur, lakin əsas fokus yerli bazar iştirakçıları üzərindədir. Xüsusilə Azərbaycan vətəndaşlarının kapital bazarında fəal iştirakının təşviq edilməsi əsas məqsədlərdən biridir",- o vurğulaylb.

Sədr əlavə edib ki,  səhmlərin satış yalnız Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.Digər regionlarda və xarici bazarlarda satış nəzərdə tutulmayıb, yəni əsas diqqət yerli bazar və yerli investorlar üzərindədir.  

Aytac Zeynalova

Xəbər lenti