"PAŞA" Bankın növbəti 5 il üçün istiqraz planı yoxdur- Cavid Quliyev
"PAŞA "Bankın növbəti 5 il üçün istiqraz planı yoxdur. Bunu PAŞA Bankın İdarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib.
"Növbəti 5 il üçün istiqraz buraxılışı planları yoxdur. Keçən ilin avqustunda buraxılmış istiqrazlar adi, korporativ istiqrazlar idi və onların xüsusi adı və təyinatı açıqlanmayıb. Hazırda bankın diqqəti istiqrazlardan kənar, birbaşa maliyyələşdirmə platformalarına yönəlib",-o bildirib.
Aytac Zeynalova