Qızılın qiyməti rekord həddə çatıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 5 300 ABŞ dollarını keçərək tarixi maksimumunu yeniləyib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:10-da 3,61% artaraq 5 305,56 dollarına bərabər olub.