Image

Bu dəniz canlısını yeyən 8 uşaq öldü, 78 nəfər xəstəxanalıq oldu

Ötən il Tanzaniyada dəniz tısbağası əti yeyən 8 nəfər vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, faciəvi hadisə bu il də davam edir.

Belə ki, ölkənin Zanzibar bölgəsindəki adalardan birində dəniz tısbağası əti yeyən ən az 8 uşaq ölüb, 78 sakin isə xəstəxanaya yerləşdirilib.

Mkoani bölgəsindən olan həkimlər ekpertizanın nəticəsinə əsasən uşaqların bu əti yedikdən sonra öldüklərini təsdiqləyiblər.

Lakin həmin ərazidə yaşan sakinlər qınağa tuş gəlməsinlər deyə bunu gizlətməyə çalışıblar.

Sözügedən dəniz tısbağaları Hind okeanındakı Mafia Adası ərazisindədir. Mütəxəssislər tısbağaların zəhərli olduğunu iddia ediblər. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu