Image

Polis kosmetoloqları saxladı

Tailandda lisenziyasız müştərilər üçün kosmetik prosedurlar həyata keçirməkdə ittiham olunan üç Rusiya vətəndaşı saxlanılıb.

Gundem.az lent.az-a istinadən bildirir ki, martın 7-də Koh Samuidə özəl klinikanın sahibi və iki işçisi tutulub.

Yerli müstəntiqlərin sözlərinə görə, klinikada lazımi icazə olmadan gözəllik prosedurları, o cümlədən müxtəlif inyeksiyalar aparılıb. Saxlanılanlardan birinin Tailandda ümumiyyətlə işləmək üçün lisenziyasının olmadığı da məlum olub.

Klinikadakı bütün avadanlıqlar müsadirə edilib və biznes sahibinə qarşı ittiham irəli sürülüb.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu