Qızılın qiyməti zəifləyən dollar fonunda ardıcıl üçüncü həftəni artımla başa vurur
Dünya bazarında qızılın qiyməti ABŞ dollarının zəifləməsi və ABŞ Maliyyə Nazirliyinin dövlət istiqrazlarının geri alışı üzrə əməliyyatları fonunda bahalaşaraq ardıcıl üçüncü həftəni artımla tamamlamağa hazırlaşır.
Qızılın spot qiyməti 0,4% artaraq bir troya unsiyası üçün 4 537,41 dollara yüksəlib. Həftənin əvvəlindən bəri təxminən 3,6% bahalaşan qiymətli metal iyun ayının əvvəlindən bəri ən yüksək həddə çatıb. ABŞ-də qızıl fyuçersləri isə 0,5% artaraq 4 593,90 dollar/unsiya təşkil edib.
Dolların ucuzlaşması xarici valyuta sahibləri üçün qızılı daha cəlbedici edir. Eyni zamanda investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyərləndirir; "Reuters"in məlumatına görə, bazarlar növbəti iclasda faiz dərəcələrinin dəyişməz saxlanması ehtimalını təxminən 63% olaraq qiymətləndirir. Digər qiymətli metallardan gümüş 1,3%, platin 2%, palladium isə 0,8% bahalaşaraq həftəlik artım nümayiş etdirir.
N.Təbrizli
Mənbə: anews.az