DSMF-nin xərcləri 9,8% artıb
Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 430,8 milyon manat və ya 9,8% artıb.
Bu barədə Fond məlumat yayıb.
Hesabat dövründə DSMF xərclərinin 97,1%-ni əhaliyə ödənişlər təşkil edib.
Mənbə: anews.az