Image

Ermənistana Azərbaycandan tranzitlə növbəti taxıl tədarükü həyata keçiriləcək

 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 1 108 ton buğda və 273 ton arpa göndəriləcək. Yük bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Buğda 11 vaqondan, arpa isə 4 vaqondan ibarətdir.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Mənbə: anews.az

Xəbər lenti