"Yeni Klinika"nın direktor müavini vəzifəsindən ayrılıb
"Yeni Klinika"nın İqtisadi məsələlər üzrə direktor müavini Ravil Tağıyev tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. Buna səbəb ABŞ-a köçməsidir. Bu barədə "İqtisadiyyat.az" xəbər verir.
Tağıyev işdən ayrılmasının əsas səbəbi kimi böyük övladının ABŞ-nin Florida ştatında ali təhsilə başlamasını və özünün "Green Card" qazanaraq ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçməsi ilə əlaqədar olduğunu bildirib.
O, iyulun 31-də rəhbərliyin ərizəsini təsdiqlədiyini, həmçinin uzun illər çalışdığı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü ifadə edib.
Ravil Tağıyev dövlət xətti ilə Türkiyədə səhiyyə təşkilatlarının idarə edilməsi üzrə doktorantura təhsili alan ilk azərbaycanlı mütəxəssisdir.
O, həmçinin Bakıda 10 ölkənin iştirakı ilə keçirilmiş 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin Təşkilat Komitəsinin sədri olub və 4 dissertasiya işinə rəhbərlik edir.
Mənbə: anews.az