Hörmüz boğazının yenidən açılması üçün səylərimizi davam edirik - səfir
Böyük Britaniya Hörmüz boğazının yenidən açılması üçün tərəfdaşları ilə işləməyə davam edir və regionda atəşkəsin davam etməsini istəyir. Buny Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib. “Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır"- Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, London danışıqlarda irəliləyişin əldə olunmasına dair xəbərləri məmnunluqla qarşılayır. Norman Azərbaycanın Qəzzadan İrana qədər regionda daha dinc və sabit gələcəyin qurulması səylərinə verdiyi dəstəyi də alqışlayıb. Səfir Azərbaycanın Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi rol oynadığını bildirib. Norman həmçinin Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini yüksək qiymətləndirərək, Bakının Ukrayna və Avropanın enerji dayanıqlığının dəstəklənməsində mühüm rol oynadığını deyib. Gülnar Nazimqızı
Mənbə: anews.az