Image

British Council Azərbaycanda diqqəti dil tədrisindən imtahanlara yönəldir - səfir

Azərbaycanda ingilis dilini yüksək səviyyədə bilən insanların sayının artması Britaniya Şurasının (British Council) ölkədəki fəaliyyətinin prioritetlərini dəyişib. Bunu  Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib. “Xüsusən Bakıda çoxlu sayda insan həqiqətən yaxşı ingilis dilində danışır",- Norman deyib. Onun sözlərinə görə, Britaniya Şurası 1990-cı illərdə Azərbaycanda ingilis dilinin tədrisi ilə məşğul olan ilk qurumlardan biri olsa da, hazırda bazarda bu xidməti göstərənlərin sayı artdığı üçün Şuranın birbaşa dil tədrisinə əvvəlki qədər ehtiyac yoxdur. “İndi keyfiyyətli imtahanlar və imtahan nəzarəti təşkil etmək üçün real ehtiyac var. Şuranın diqqət mərkəzində olan məhz budur"- səfir bildirib. Norman deyib ki, British Council digər fəaliyyətlərini də davam etdirəcək, lakin əsas diqqət insanların işə qəbul və xarici universitetlərə qəbul üçün ehtiyac duyduğu beynəlxalq imtahanların təşkilinə yönəldiləcək. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti