Britaniya səfiri Azərbaycan Ermənistan münasibətlərindən danışıb
Böyük Britaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının Cənubi Qafqazda yeni ticarət, investisiya və nəqliyyat imkanları yarada biləcəyini hesab edir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün keçirilən mətbuat konfrasında bildirib. “Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar. Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir,”- Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib. Səfir Vaşinqton Zirvə Görüşünün birinci ildönümünün bu yaxınlarda qeyd edildiyini bildirərək, ötən il sülh istiqamətində “əhəmiyyətli və nəzərəçarpan” irəliləyişin əldə olunduğunu deyib. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü bu prosesin tərkib hissəsidir. Norman nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin bərpasının Azərbaycan və Ermənistan arasında sülhün bütün region üçün daha çox rifah və təhlükəsizlik gətirməsinə kömək edə biləcəyini bildirib. “Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır", - səfir deyib. Gülnar Nazimqızı
Mənbə: anews.az