Image

Azərbaycan regionda Britaniyanın əsas tərəfdaşıdır - səfir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Cənubi Qafqazın London üçün böyük əhəmiyyət kəsb etdiyini və Azərbaycanın regionda Birləşmiş Krallığın əsas strateji tərəfdaşlarından biri olduğunu bəyan edib.

Diplomat ölkəsinin regiondakı marağının ilk növbədə sülh və rifahla bağlı olduğunu qeyd edərək, sabitliyin vacibliyini vurğulayıb.

"Biz ötən il Vaşinqton sammitlərində baş verənlərdən və sülhə doğru atılan mühüm addımlardan çox məmnun olduq".

Səfir dayanıqlı sülhün bütün regionda — Azərbaycan, Ermənistan və Gürcüstanda iqtisadi inkişaf və daha sıx regional inteqrasiya üçün yeni imkanlar yaradacağını bildirib.

Bakı və London arasındakı əlaqələrin BP-nin iştirakı ilə "Əsrin müqaviləsi" imzalanandan bəri 30 ildən artıqdır uğurla inkişaf etdiyini xatırladan Norman, əməkdaşlığın artıq ənənəvi energetika çərçivəsini aşaraq təhlükəsizlik, iqtisadi inkişaf və bərpa olunan enerji, xüsusilə də külək enerjisi sahələrini əhatə etdiyini diqqətə çatdırıb.  

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti