Image

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Hadisə şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava açıqlanıb