Image

Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

Hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, suda aşkarlanan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyən edilib.

İlkin ehtimallara görə, qadının intihar etdiyi bildirilir. Meyit aidiyyəti qurumların əməkdaşları tərəfindən sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb