Image

Paşinyan parlamentdə Azərbaycanla sülhdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə keçirilən sual-cavab sessiyasında Azərbaycanla sərhəddə vəziyyətin sabit olduğunu və sülhün təmin edildiyini bildirib.Bu barədə “Armenpress" xəbər verir.

Paşinyan Xarici Kəşfiyyat Xidmətinin son hesabatına istinad edərək Ermənistan-Azərbaycan sərhədi boyunca hərbi eskalasiya riskinin “demək olar ki, minimuma endiyini” deyib və bunun sülh prosesində irəliləyişin göstəricisi olduğunu vurğulayıb.

O əlavə edib ki, ötən həftə Azərbaycan tərəfindən Ermənistana qaytarılmış dörd nəfərin geri göndərilməsi qarşılıqlı etimadın artırılması əlamətidir.

Xəbər lenti